"Ali Məhkəmənin Trampla bağlı qərarı təhlükəli presedent yaradır" Dünya

"Ali Məhkəmənin Trampla bağlı qərarı təhlükəli presedent yaradır"

ABŞ Ali Məhkəməsinin keçmiş Amerika lideri Donald Trampın işi ilə bağlı qərarı təhlükəli presedent yaradır və ölkədə qanunun aliliyinə xələl gətirir.

Bu fikri Amerika prezidenti Co Bayden deyib.

O, bazar ertəsi axşam Ağ Evdə ABŞ Ali Məhkəməsinin Vaşinqton administrasiyasının əvvəlki rəhbərinə təqibdən qismən toxunulmazlıq verilməsi haqqında qərarı ilə bağlı ölkə vətəndaşlarına qısa televiziya müraciəti edib.

"Bugünkü qərar o deməkdir ki, prezidentin edə biləcəyi işlərə demək olar ki, heç bir məhdudiyyət yoxdur. Bu, tamamilə yeni prinsipdir və təhlükəli presedent yaradır”, - deyə Bayden bildirib.

O, əlavə edib ki, bu qərar “ölkədə qanunun aliliyinə xələl gətirir”.

Cavid