Gürcüstan Avropa yoluna zidd addım atıb - Blinken Dünya

Gürcüstan Avropa yoluna zidd addım atıb - Blinken

"Biz və bir çox başqa ölkələr nəinki qanunla bağlı, xüsusən də onun qəbulu ilə bağlı dərin narahatlığımızı bildirmişik, hətta bu narahatlığı ifadə etmək üçün bir çox addımlar atmışıq. Düşünürəm ki, siz bunun daha çox görəcəksiniz".

Bunu ABŞ dövlət katibi Antoni Blinken "Brukinqs İnstitutu"nda Gürcüstanda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanuna rəsmi Vaşinqtonun münasibəti ilə bağlı sualı cavablayarkən bildirib.

"Düşünürəm ki, bu, Gürcüstanın istədiyi və gürcü xalqının əksəriyyətinin arzuladığı Avropa yoluna ziddir”, - deyə ABŞ-ın baş diplomatı əlavə edib.

Cavid