“Puçdemon Araik Harutyunyan kimi İspaniyanın şəhərlərinə raket zərbəsi endirmək əmri veribmi?” Dünya

“Puçdemon Araik Harutyunyan kimi İspaniyanın şəhərlərinə raket zərbəsi endirmək əmri veribmi?”

“İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş prezidenti Karles Puçdemona amnistiyadan imtina edib. Puçdemon Araik Harutyunyan kimi İspaniyanın şəhərlərinə raket zərbəsi endirmək əmri veribmi, dinc insanlara qarşı hərbi cinayət törədibmi? Xeyr. Robert Vardanyan kimi vətəndaşı olmadığı bir ölkəyə izinsiz soxulubmu? Onun prezidentliyi bu dələduz ünsürün “dövlət nazirliyi” kimi qanunsuz idimi? Puçdemon hər hansı bir ispanı terrorla hədələyibmi? Yox! Və nəhayət, orta əsrlərdə neçə yüz il dövlətləri olmuş katalonların öz müqəddəratlarını təyin etmək haqları varmı? Bəli var!”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev qeyd edib: “Elə isə təkidlə Qarabağdakı keçmiş separatçı rejimin cinayətkar təmsilçilərinin azadlığa buraxılmasını istəyən “kollektiv qərb”dəkilər niyə səslərini içlərinə salıblar? Nədən “prinsipal” üzvlərindən biri olan İspaniyadan Puçdemonun üzərindən məhkumluğun götürülməsini tələb etmirlər? Həm də bilə-bilə ki, o, sadəcə Kataloniyada keçirilən referendumda müstəqilliyə səs verən 90% seçicinin iradəsinə uyğun hərəkət edib”.