Astanada ŞƏT-in qurultayı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib Dünya

Astanada ŞƏT-in qurultayı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Astanada Şanxay əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü qurultayı keçiriləcək.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, sammitə bir çox ölkələrdən yüksək səviyyəli nümayəndə heyətləri gələcək.

Xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülüb. Bundan başqa Qazaxıstanın Dövlət Təhlükəsizliyi Xidməti də Astana, Almatı, Qaraqanda və Korçetau şəhərlərinin ayrı-ayrı rayonlarında antiterror əməliyyatı rejimində asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görəcək.

Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.