Təyyarədə maraqlı olay: turbulans sərnişini baqaja tulladı Dünya

Təyyarədə maraqlı olay: turbulans sərnişini baqaja tulladı

İspaniyanın “Air Europa” şirkətinə məxsus sərnişin təyyarəsi İspaniyadan Uruqvaya uçarkən şiddətli turbulansa girib. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, bu zaman şiddətli silkələnmə bir sərnişini oturduğu yerdən baqaja atıb. Ən azı 30 sərnişinin yaralandığı hadisədə təyyarə Braziliyanın Natal hava limanına məcburi eniş edib. İlk yardım qrupları təyyarəni qarşılayarkən, tibbi yardıma ehtiyacı olan sərnişinlər xəstəxanaya göndərilib.