“Bu durum Dehlini narahat edir” Dünya

“Bu durum Dehlini narahat edir”

“Rusiyanın Hindistandan alüminium alması Moskvaya qarşı sərt sanksiyalar tətbiq edən Qərbin diqqətini çəkəcək”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahnoğlu deyib. O, bildirib ki, onsuz da Qərb ölkələri daha əvvəl Hindistana Rusiyaya almaz idxalına qadağalar qoymuşdular: “Bu durum Dehlini narahat edir. Çünki bu məhdudiyyətlər Hindistanın almaz istehsalı sənayesinə zərər vurub. Hindistanın baş naziri Narendra Modi Dehlinin məsələylə bağlı narahatlığını bir neçə dəfə “Böyük yeddilərin” toplantısında səsləndirib. ABŞ və Avropa ölkələrinin beyin mərkəzləri hazırda Rusiyanın Hindistandan alüminium alması səbəblərini araşdırmağa başlayacaqlar”.