İsrail daha 22 fələstinlini həbs edib Dünya

İsrail daha 22 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı ən azı 22 fələstinlini saxlayıb. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada İsrail əsgərlərinin İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.