BMT: “Haitidə 300 min uşaq zorakılıqlara görə evlərini tərk edib” Dünya

BMT: “Haitidə 300 min uşaq zorakılıqlara görə evlərini tərk edib”

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaqlara Yardım Fondu (UNICEF) Haitidə artan zorakılıq səbəbiylə 300 min uşağın evindən didərgin düşdüyünü açıqlayıb. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, UNICEF bildirib ki, bu, mart ayından bəri hər dəqiqə bir uşağın evindən didərgin düşməsi deməkdir.