Adana küləş yanğını yaxınlıqdakı bağ və meşəyə keçib Dünya

Adana küləş yanğını yaxınlıqdakı bağ və meşəyə keçib

Adananın Kozan rayonunda buğda tarlasında baş verən küləş yanğını yaxınlıqdakı bağ və meşəyə keçib. Yanğına havadan və qurudan müdaxilə edilir. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buğda sahəsindəki küləş yanğını küləyin təsiri ilə yaxınlıqdakı bağa və meşəyə keçib.
Ətrafdakıların xəbəri ilə bölgəyə 4 su tankeri, 3 su çəni, 1 helikopter, 4 təyyarə, 4 xidməti maşın və 1 yük maşını su çəni və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.
Havadan və qurudan yanğına müdaxilə davam edərkən, vətəndaşlar da qruplara dəstək verib.