İsrail və HƏMAS atəşkəsə yaxın ola bilər Dünya

İsrail və HƏMAS atəşkəsə yaxın ola bilər

İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs əldə etməyə daha yaxın ola bilər.

Bu barədə CNN İsrail mənbəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail və HƏMAS “çərçivə sazişi bağlamaq ərəfəsindədir”.

Mənbənin qeyd etdiyi kimi, yəhudi dövləti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün “ətraflı danışıqlara” başlamağa imkan verəcək. Bununla belə, CNN sövdələşmənin taleyinin hələ həll olunmadığını vurğulayır.

Cavid