Çinin XİN sözçüsü ABŞ əsgərlərinin Suriyada qaçaqmalçılıqla məşğul olduqlarını iddia edib Dünya

Çinin XİN sözçüsü ABŞ əsgərlərinin Suriyada qaçaqmalçılıqla məşğul olduqlarını iddia edib

Çin ABŞ əsgərlərinin Suriyada qaçaqmalçılıq yolu ilə taxıl apardığına dair sübutların olduğunu iddia edərək, ABŞ-ı ölkənin ehtiyatlarını talamaqda ittiham edib.

APA xəbər verir ki, Pekində keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Çin dövlət televiziyası CCTV-nin Suriyada taxıl qaçaqmalçılığı ilə bağlı xəbərlərinə münasibət bildirib.

Keçmişdə taxıl ixracatçısı olan Suriyada əhalinin 55%-nin bu gün ərzaq çatışmazlığı ilə üzləşdiyinə diqqət çəkən XİN rəsmisi "ABŞ bu vəziyyətdən şübhəsiz ki, məsuliyyət daşıyır. ABŞ terrorla mübarizə aparmaq üçün Suriyada olduğunu deyir. Amma əslində talan etmək üçün var.", - deyə açıqlama verib