Bryanskda Ukraynanın iki PUA-sı vurulub Dünya

Bryanskda Ukraynanın iki PUA-sı vurulub

Bryansk vilayətinin ərazisində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı məhv edilib. Xəsarət alanlar və dağıntılar yoxdur.

Bunu regionun rəhbəri Aleksandr Boqomaz Telegram kanalında bildirib.

“Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Klintsovski və Trubçevski rayonları üzərində iki təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib”, - deyə o yazıb.

Qubernator bildirib ki, təcili yardım xidmətləri hadisə yerindədir.

Cavid