Filippin lideri orduya Cənubi Çin dənizində gərginliyin azaldılmasını tapşırıb Dünya

Filippin lideri orduya Cənubi Çin dənizində gərginliyin azaldılmasını tapşırıb

Filippin Prezidenti Ferdinand Markos orduya Cənubi Çin dənizində gərginliyin azaldılması barədə əmr verib.

APA-nın “Reuters“ə istinadən xəbərinə görə, qərar hərbi rəhbərliklə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.
Bildirilib ki, müzakirələrdə hərbi komandanlıq dövlət başçısına bir neçə həll variantı təklif edib. Yekun nəticədə ilkin olaraq regiondakı hərbi birləşmələrin təchizatının gücləndirilməsi üzərində dayanılıb.

Rəsmi sənəddə ordunun bütün addımlarının parlamentlə razılaşdırılmalı olduğu da əksini tapıb.