ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yardım paketi elan edib Dünya

ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yardım paketi elan edib

ABŞ Ukraynaya HIMARS üçün artilleriya və sursatdan ibarət yeni yardım paketi elan edib.

RİA Novosti yazır ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
"Bayden-Harris Administrasiyası Ukrayna üçün əhəmiyyətli yeni təhlükəsizlik yardım paketi elan edir... Buraya hava hücumundan müdafiə raketləri, HIMARS sursatları, artilleriya mərmiləri və digər kritik aktivlər daxildir", - o, brifinqdə jurnalistlərə deyib.

Jan-Piyer əlavə edib ki, yeni maliyyəyə Pentaqona Ukraynanın maraqlarına uyğun olaraq Patriot və NASAMS raketlərin alınması üçün vəsait də daxildir. Sonradan bildirilib ki, yardım təxminən 2,5 milyard dollar təşkil edib.

Cavid