Belarus ŞƏT-in tamhüquqlu üzvü olub Dünya

Belarus ŞƏT-in tamhüquqlu üzvü olub

Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edilib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Astanada keçirilən Zirvə toplantısında qərar verilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Rusiya, İran, Qazaxıstan Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər və BƏƏ-nin dövlət və hökumət başçılarının iştirak etdiyi toplantıda qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi, eləcə də qlobal problemlər ətrafında fikir mübadiləsi aparılır.