ABŞ Yaponiyada beşinci nəsil "F-35" qırıcıları yerləşdirəcək Dünya

ABŞ Yaponiyada beşinci nəsil "F-35" qırıcıları yerləşdirəcək

ABŞ bir neçə il ərazində Yaponiyada beşinci nəsil qırıcılar hesab olunan “F-35” hərbi təyyarələri yerləşdirəcək.

APA xəbər verir ki, bu barədə “NHK” İnformasiya Agentliyi Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşiyə istinadən məlumat yayıb.

O, keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəyə ilkin mərhələdə 48 ədəd “F-35” və 36 ədəd “F-16” qırıcıları göndəriləcək: “Həmin qırıcılar Hərbi Hava Qüvvələrinin “Misava” bazasında yerləşdiriləcək. Bildirmək istəyirəm ki, biz bu addımı həm ABŞ-nin hərbi potensialını gücləndirməsini nəzərə alaraq, həm də Yaponiya-ABŞ ittifaqının möhkəmləndirilməsi məqsədilə planlaşdırırıq”.