“Amerikanın tərəfdaşları alternativlər axtarmağa başlayırlar” Dünya

“Amerikanın tərəfdaşları alternativlər axtarmağa başlayırlar”

“Hindistan mətbuatında Birləşmiş Ştatları dövlət mexanizmləri ilə idarə olunan imperiyaya bənzədiblər. Vaşqinton bir sıra hallarda tərəfdaşlarını hesabatlarla incik salır və bu, ABŞ-a xarici və təhlükəsizlik siyasətində əlavə problemlər yaradır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, çünki qərəzli adlandırılan bu hesabatlardan sonra Amerikanın tərəfdaşları xarici, o cümlədən təhlükəsizlik siyasətlərində alternativlər axtarmağa başlayırlar: “Misal üçün Hindistan son illər BRİCS və Şanxay Əməkdaşlıq Çərçivəsində inteqrasiya proseslərinə marağını artırıb”.