Son bir həftədə 57 terrorçu zərərsizləşdirilib Dünya

Son bir həftədə 57 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda son bir həftədə 57 terrorçunun zərərsizləşdirildiyini bildirib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu həftəlik mətbuat brifinqində Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk deyib. O, Suriyada baş verən təxribatçı hadisələrlə bağlı da fikirlərini açıqlayıb: “Sosial media vasitəsilə edilən təxribatlara xüsusi diqqət yetirmək vacibdir. Suriya əməliyyat bölgələrimizdə heç bir mənfi hal yoxdur”.