Hindistanın Baş naziri Rusiyaya rəsmi səfər edəcək Dünya

Hindistanın Baş naziri Rusiyaya rəsmi səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi iyulun 8-9-da Rusiyaya rəsmi səfər edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Vladimir Putin və Modi danışıqlarında Rusiya-Hindistan münasibətlərinin gələcək inkişafı və beynəlxalq gündəmdəki məsələləri müzakirə ediləcək.