“Terrorçuların istifadəsində olan 37 obyekt məhv edilib” Dünya

“Terrorçuların istifadəsində olan 37 obyekt məhv edilib”

“Hava əməliyyatı ilə terror təşkilatının istifadə etdiyi 37 mağara, sığınacaq, anbar və obyekt məhv edilib”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu həftəlik mətbuat brifinqində Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asosdakı terror hədəflərinə qarşı dünən həyata keçirilən hava əməliyyatı ilə bağlı danışarkən deyib: “Hədəfə endirilən zərbələrin nəticələrinin qiymətləndirilməsi davam edir”.