Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb Dünya

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri müttəfiqlərdən hərbi yardım gəldikdə yeni əks-hücum əməliyyatına başlaya bilər.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Blomberg agentliyinə müsahibəsində deyib. “Ukrayna ordusu canlı qüvvə baxımından bir neçə ay əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdədir və yeni əks-hücum onların komplektləşdirilməsi məsələsidir”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, hazırda 28-35 min əsgərdən ibarət 14-ə yaxın briqada Amerika və Avropa müttəfiqlərindən silah tədarükündə gecikmələr səbəbindən döyüşə hazır deyil.