“Bu il Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd edərkən tutulanların sayı 6 min 29 nəfərə çatıb” Dünya

“Bu il Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd edərkən tutulanların sayı 6 min 29 nəfərə çatıb”

“Türkiyə sərhədləri beynəlxalq standartlara uyğun olaraq qorunur”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu həftəlik mətbuat brifinqində Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk deyib: “Son bir həftədə 9-u terror təşkilatı üzvü olmaqla 328 nəfər tutulub. Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd edərkən tutulanların sayı yanvar 1-dən bu günə qədər 6 min 29 nəfərə çatıb”.