“Türkiyəyə qarşı təxribat cəhdlərinə icazə verilməyəcək” Dünya

“Türkiyəyə qarşı təxribat cəhdlərinə icazə verilməyəcək”

“Suriyada baş verən və Türkiyəyə qarşı fəaliyyət göstərən bəzi ünsürlər tərəfindən həyata keçirilən təxribat xarakterli hərəkətlər diqqətlə izlənilir”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu həftəlik mətbuat brifinqində Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk deyib: “Bu hərəkətlərlə bağlı lazımi tədbirlər görülüb. Türkiyə Respublikasına qarşı təxribat cəhdlərinə heç bir şəkildə icazə verilməyəcək”.