Putin: Ukrayna üzrə razılaşma əldə olunmadan atəşkəs mümkün deyil Dünya

Putin: Ukrayna üzrə razılaşma əldə olunmadan atəşkəs mümkün deyil

Rusiya atəşkəs elan edə bilməz, çünki Ukrayna tərəfinin cavabından əmin deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, Astanada Şanxay Əməkdaşlıq Təşkilatı sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib. Putin bildirib ki, Ukrayna rəhbərliyi qanunsuz olaraq hakimiyyətdədir.

O deyib ki, Ukrayna üzrə razılaşma əldə olunmadan atəşkəs mümkün deyil:

"Biz sadəcə olaraq indi atəşkəs elan edə bilmərik. Ukrayna üzrə razılığa gəlmədən atəşkəs mümkün deyil. Ukraynanın silahlı münaqişəni davam etdirmək üçün atəşkəsdən istifadə etməsinə icazə verilə bilməz", - deyə Rusiya prezidenti qeyd edib.

O, həmçinin Kiyevdə “yuxarının hakimiyyəti ələ keçirməsi” kontekstində Rusiyanın Ali Radaya mümkün müraciətini mənasız adlandırıb:
"Ukrayna Ali Radasına müraciət etmək olar, lakin bu, mənasızdır, çünki o, hakimiyyəti qəsb etmiş "yuxarı"ya tabedir”.
Qeyd edək ki, daha əvvəl rəsmi Moskva Ukraynada legitim hakimiyyət kimi Ali Radanı tanıdığını açıqlayıb.