“Pekin Yaponiyanın son illərdə hərbi büdcəsini artırmasından narahatdır” Dünya

“Pekin Yaponiyanın son illərdə hərbi büdcəsini artırmasından narahatdır”

“Avropanın 30 hərbi təyyarəsinin iyulun 19-20-də Yaponiya səmasında həyata keçiricəkləri birgə hərbi təlimlər “Sakit okean səması” adlanacaq. Hərbi təlimlərə daha sonra ABŞ, Avstraliya və Hindistan da qoşulacaq. Filippinin də birgə hərbi təlimlərdə iştirak istisna deyil”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzi politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, Yaponiyanın müdafiə naziri Minoru Kihara gələcək hərbi təlimləri yüksək qiymətləndirərək, bunun Sakit okean hava məkanında azad uçuşların təminatı olacağını bildirib: “Pekin fərqli düşünür, Avropa İttifaqı ölkələrinin Yaponiya və Cənubi Koreya artan hərbi əməkdaşlığını və birgə hərbi təlimlərini bölgədə gərginliyi artıracağı qənaətindədir. Pekin Yaponiyanın son illərdə hərbi büdcəsini artırmasından da narahatdır. Yaponiya müasir qırıcı təyyarələrin istehsalıyla bağlı Böyük Britaniya və İtaliya ilə sazişlər imzalayıb. Bundan başqa Yaponiya ABŞ-la birgə hərbi texnika istehsalını genişləndirəcək”.