“Yaponiyanın qorxusu Şimali Koreyanın nüvə proqramı ilə bağlıdır” Dünya

“Yaponiyanın qorxusu Şimali Koreyanın nüvə proqramı ilə bağlıdır”

“Yaponiyanın qorxusu Çinin artan hərbi gücü, Tayvan ətrafındakı vəziyyət və Şimali Koreyanın nüvə proqramı ilə bağlıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzi politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, Çin Tayvanı ram etmək planından imtina etməyib: “Tayvan adası ətrafında Çinin hərbi təyyarələri, hərbi gəmiləri növbə tutmaqda davam edirlər. Tokio bu prosesi diqqətlə izləyir”.