“Böyük dövlətlərin okeanlarda rəqabəti artıb” Dünya

“Böyük dövlətlərin okeanlarda rəqabəti artıb”

“Böyük dövlətlərin okeanlarda rəqabəti artıb, ölkələr bir-birlərinə qarşı müxtəlif kəşfiyyat məlumatları toplayırlar”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzi politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, Vaşinqton Çinin okeanlarda və dənizlərdə artan casus fəaliyyətinin qarşısını almağa çalışır: “Vaşinqton hesab edir ki, Çin dənizaltı rabitə kabelləri quraşdırır. Ümumiyyətlə aparılan araşdırmalara görə, dünya üzrə 574 sualtı kabel mövcuddur. Bunların bir hissəsi fiber optik rabitə sistemləridir”.