Avropa Komissiyasının Prezidenti Orbanın Moskva səfərinə münasibət bildirib Dünya

Avropa Komissiyasının Prezidenti Orbanın Moskva səfərinə münasibət bildirib

“Sülhpərvər yanaşma Putini dayandırmağa kifayət etməyəcək”.

APA-nın xəbərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X” hesabında Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərinə belə münasibət bildirib:

“Macarıstan Baş naziri Viktor Orban Moskvanın qonağıdır. Sülhpərvər yanaşma Putini dayandırmağa kifayət etməyəcək. Ukraynada hərtərəfli, ədalətli və dayanıqlı sülh yalnız vəhdət və qətiyyətlə addımlamaqla mümkündür”.