“Kimsə fransızlara niyə xoruzlanırsan deyirmi?”-Türkiyə prezidenti Dünya

“Kimsə fransızlara niyə xoruzlanırsan deyirmi?”-Türkiyə prezidenti

“Almanların maykalarında qartal olduğunu deyən varmı? Kimsə fransızların maykasında xoruz var, niyə xoruzlanırsan deyirmi?”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı münasibətilə Qazaxıstanın paytaxtı və ikinci böyük şəhəri Astana səfərindən sonra təyyarədə jurnalistlərin Avropa çempionatının 1/4 final matçında Merih Dəmiralın nümyiş etdirdiyi boz qurd işarəsi ilə bağlı sualı cavablandırarkən deyib: “Orada Merih bu görüntü ilə həyəcanını nümayiş etdirdi”.