“Üçüncü dünya Savaşında maraqlı olan ölkələr və qruplar var”-Ərdoğan Dünya

“Üçüncü dünya Savaşında maraqlı olan ölkələr və qruplar var”-Ərdoğan

“Təəssüf ki, Qərbdə Üçüncü dünya Savaşında maraqlı olan ölkələr və qruplar var”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı münasibətilə Qazaxıstanın paytaxtı və ikinci böyük şəhəri Astana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Onların III Dünya Müharibəsinə üstünlük verən yanaşması var. Bildiyiniz kimi, silah alverçilərinin bazara ehtiyacı var. Silah alverçilərin bazarı da Qərbdir. Bu məsələ ilə bağlı cənab Putin son açıqlamalarında sülhün tərəfdarı olduğunu bildirib. Çünki hər iki tərəfdə yorğunluq olduğu göz qabağındadır”.