İraqın şimalında 9 PKK terrorçusu zərərsizləşdirilib Dünya

İraqın şimalında 9 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı əməliyyat bölgələrində 9 PKK terrorçusunun zərərsizləşdirildiyini bildirib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb: “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk, Qara və Pəncə-Kilit əməliyyatı bölgələrində aşkarladıqları 9 PKK terrorçusunu zərərsizləşdirib. Harada olurlarsa olsunlar, türk əsgərlərinin nəfəsi terrorçuların boynunda olmağa davam edəcək”.