“Netanyahu administrasiyası bütün regionun təhlükəsizliyini təhlükə altına alır” Dünya

“Netanyahu administrasiyası bütün regionun təhlükəsizliyini təhlükə altına alır”

“Qəzzada qətliam baş verib. Mən vurğuladım ki, daimi həll yolu tapmadan sabitliyə nail olmaq mümkün deyil. Netanyahu administrasiyası ekspansionist siyasəti ilə bütün regionun təhlükəsizliyini təhlükə altına alır”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan əlavə edib ki, qanunu, nizamı, dəyərləri, o cümlədən müharibə qanununu tanımayan bir quruluşla qarşı-qarşıyayıq: “Mən, NATO sessiyasındakı çıxışımda bu məsələyə diqqət yetirdim. İsrail rəhbərliyinin NATO ilə tərəfdaşlıq münasibətlərini davam etdirməsi mümkün deyil”.