“NATO Ukrayna müharibəsinin iştirakçısı olmamalıdır” Dünya

“NATO Ukrayna müharibəsinin iştirakçısı olmamalıdır”

“Dünyamız artıq kifayət qədər gərginlik yaşayır, yenilərini əlavə etməyin mənası yoxdur”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “NATO sessiyasında mən ölkəmizin Ukraynanın ərazi bütövlüyünü tam dəstəklədiyini vurğuladım. Fikirlərimi irəli sürdüm ki, NATO Ukraynadakı müharibənin iştirakçısı olmasın. Sammit çərçivəsində Macarıstan, Yunanıstan, İtaliya, Ukrayna və Böyük Britaniya liderləri ilə ikitərəfli görüşlər keçirdim. ABŞ, İspaniya, İslandiya, Rumıniya və Hollandiya liderləri ilə də söhbətlərimiz olub. Cənab Rutteyə bu çətin işdə uğurlar arzulayıram. Baş katib Stoltenberqə də təşəkkür edirəm”.