“Əlimizdən gələn bütün yardımları etdik” Dünya

“Əlimizdən gələn bütün yardımları etdik”

“İlk gündən İsrail-Fələstin müharibəsi ilə bağlı hər addımı atdıq. Qida yardımından tutmuş tibbi yardımlara qədır əlimizdən gələn bütün yardımları etdik. Hazırda xəstəxanalarımıza gələn yaralıları müalicə edirik. İndiyə qədər 40 min tır yardımla yanaşı təyyarə ilə də bölgəyə ərzaq yardımı göndərmişik”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Yardımlarımız davam edir və davam edəcək. Biz qardaşlarımızı tək qoya bilmərik, onları tərk edə bilmərik. Biz ehtiyacları ödəməyə çalışırıq. Başqa bir addım olaraq, Haaqa Ədalət Məhkəməsində Cənubi Afrika ilə birlikdə İsrailə qarşı şikayət verdik. Müvafiq bölmələrimiz bu prosesi həyata keçirir. Biz tələb edirik ki, dünyanın bir çox ölkəsi Haaqa Ədalət Məhkəməsinə oxşar şikayətlə müraciət etsin. Bu kampaniya davam edəcək. İsrailin başa düşdüyü dildən istifadə etməliyik”.