Kataloniya separatçılarının lideri Puçdemon İspaniyaya qayıdıb Dünya

Kataloniya separatçılarının lideri Puçdemon İspaniyaya qayıdıb

Həbs edilməmək üçün İspaniyadan qaçdıqdan 7 il sonra Karles Puçdemon yenidən Barselonada, Kataloniya parlamenti qarşısında yüzlərlə tərəfdarının qarşısına çıxıb.

APA "Politico"ya istinadən xəbər verir ki, separatçı hərəkatın lideri şəhərin Zəfər Tağının yanında səhnəyə çıxıb.

"Bizə zərər vermək üçün edilən bütün cəhdlərə baxmayaraq, mən bu gün onlara xatırlatmaq üçün gəldim.Biz hələ də buradayıq və təslim olmaq məcburiyyətində deyilik. Yaşasın Azad Kataloniya!", o, çıxışında deyib.

Xatırladaq ki, 2017-ci ildə hakimiyyətin onun qeyri-qanuni müstəqillik referendumunu təşkil etdiyinə görə həbs edilməsinə göstəriş verdiyi vaxtdan bəri Puçdemon İspaniyanı tərk etmişdi. O, 2017-ci ildə İspaniyadan gizlicə sərhədi keçərək Brüsselin yaxınlığındakı Vaterloo şəhərində sığınacaq tapıb. Oradan 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Bu illər ərzində İspaniyada onun həbsi ilə bağlı qərar qüvvədə qalıb.