“Ukrayna Rusiyaya qarşı geniş əməliyyatlar hazırlayıb” Dünya

“Ukrayna Rusiyaya qarşı geniş əməliyyatlar hazırlayıb”

“Bundan sonra, Ukraynanın Rusiyanın ərazilərinə hücum və intensiv raket atışları mütəmadi olacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib: “Təkcə, Kiyev Rusiyanın Ukrayna ilə sərhədləri boyu hücumlarla kifayətlənməyəcək. Növbəti hücum Krıma desant qüvvələri çıxara bilər. Hücumda F16 təyyarələr, dənizdə hücum katerleri, qurudan ATACMS raketləri ilə Krımla Rusiyanin bütün əlaqələrini kəsməsi mümkün ola bilər. Ukrayna Rusiyaya qarşı geniş əməliyyatlar hazırlayıb. Məhz Rusiya ərazisinə hücum bu planın tərkib hissəsidir”.