Ukrayna Krıma geniş miqyaslı əməliyyatlar keçirə bilər Dünya

Ukrayna Krıma geniş miqyaslı əməliyyatlar keçirə bilər

Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu Moskva üçün gözlənilməz olub. Bu hücum Rusiya kəşfiyyatının zəif olduğunu üzə cıxardi. Ukrayna bu əməliyyata günlərlə hazırlaşıb və Rusiya qoşunlarının Donbas istiqamətində intensiv irəliləməsini əngəlləmək və digər cəbhə açmaqla, Rusiya qüvvələrini parçalamağa nail olmaqdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Ukraynanın növbəti irəliləyişi və tutduğu ərazilərdə möhkəmlənməsi çətin ola bilər. Amma, müqaviməti davam etdirərsə, hücumları dəf edəcəksə, bu ərazilərin Ukrayna ərazisinə birləşdirilməsi üçün açıqlama verilə bilər:

"Bundan sonra, Ukraynanın Rusiyanın ərazilərinə hücum və intensiv raket atışları mütəmadi olacaq. Təkcə, Kiyev Rusiyanın Ukrayna ilə sərhədləri boyu hücumlarla kifayətlənməyəcək. Növbəti hücum Krıma desant qüvvələri çıxara bilər. Hücumda F16 təyyarələr, dənizdə hücum katerleri, qurudan ATACMS raketləri ilə Krımla Rusiyanin bütün əlaqələrini kəsməsi mümkün ola bilər. Ukrayna Rusiyaya qarşı geniş əməliyyatlar hazırlayıb. Məhz Rusiya ərazisinə hücum bu planın tərkib hissəsidir".

Cavid