“Son bir həftədə 64 terrorçu zərərsizləşdirilib” Dünya

“Son bir həftədə 64 terrorçu zərərsizləşdirilib”

Türkiyənin Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda son bir həftədə 64 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin (TSQ) hər cür təhdid və təhlükələrə qarşı mübarizəni artan təzyiqlərlə davam etdirdiyini vurğulayıb.