“Zərərsizləşdirilən terrorçuların sayı 1652-yə çatıb” Dünya

“Zərərsizləşdirilən terrorçuların sayı 1652-yə çatıb”

“Son bir həftədə 64 terrorçu zərərsizləşdirilib”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında deyib: “Beləliklə, 1 yanvardan bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 796-sı İraqın şimalında, 856-sı isə Suriyanın şimalında olmaqla 1652-yə çatıb”.