“Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara aid çoxlu sayda mağara və sığınacaq aşkar edib” Dünya

“Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara aid çoxlu sayda mağara və sığınacaq aşkar edib”

“Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara aid çoxlu sayda mağara və sığınacaq aşkar edib”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında deyib: “Axtarış və tarama fəaliyyətləri zamanı aşkarlanan mağaralar və sığınacaqlar, müxtəlif miqdarda əldəqayırma partlayıcılar aşkar edilib. Əl və snayper dürbünləri, radiolar, generatorlar, termal çətirlər, minaatanlar, roketatarlar, snayper sursatları və xilasetmə vasitələri ələ keçirilib”.