"Hizbullah" İrandan əvvəl İsraili vura bilər Dünya

"Hizbullah" İrandan əvvəl İsraili vura bilər

"The New York Times” mənbələrə istinadən xəbər verir ki, Livanın şiə hərəkatı “Hizbullah” İrandan əvvəl ilk olaraq İsraili vura bilər.

Qəzetin İsraildəki iki mənbəsi və yüksək rütbəli Qərb kəşfiyyat rəsmisi son məlumatlara əsasən yəhudi dövlətinə iki ayrı zərbənin mümkün olduğunu bildirib.

Eyni zamanda, qəzet kəşfiyyat məlumatlarının az olduğunu və tez-tez dəyişdiyini qeyd edir. Avqustun 8-də CNN Hizbullahın yaxın günlərdə hücuma keçə biləcəyini iddia edib.

Cavid