ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Rusiyanın Lipetsk vilayəti Ukraynaya məxsus PUA-ların kütləvi hücumuna məruz qalıb.
APA Rusiya mətbuatına istinadən xəbər verir ki, hadizə zamanı partlayıcı qurğular işə düşüb və hərbi aerodromda yanğın baş verib.
Bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi bildirilir.
Əldə olunan məlumata görə Lipetsk vilayətində pilotsuz təyyarənin hücumu zamanı 6 nəfər yaralanıb. Qubernator İqor Artamonov enerji infrastrukturu obyektinin zədələndiyini bildirib.
Bundan baçqa Lipetsk rayonunun dörd yaşayış məntəqəsinin (Koptsevy Xutor, Fedorovka, Yakovlevka, Tınkovka) sakinləri təxliyə edilir, müvəqqəti yerləşdirmə mərkəzləri və nəqliyyat vasitələri hazırlanır. 400-dən çox ev təxliyə zonasındadır. Təxliyə edilmiş yaşayış məntəqələrində sakinlərin evlərini və əmlakını qorumaq üçün postlar qurulur. Girişlərdə nəzarət buraxılış məntəqələri qurulub və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Vilayətin ərazisində qırmızı həyəcan səviyyəsi ləğv olunana qədər zəruri hallar olmadan işçilərin işə cəlb edilməsi qadağan edilib.