Ukraynaya məxsus "Neptun" raketi vurulub Dünya

Ukraynaya məxsus "Neptun" raketi vurulub

Sevastopol suları üzərində, sahildən xeyli aralıda, Ukrayna Silahlı Qüvvələrinin gəmi əleyhinə "Neptun" raketi vurulub.

Bunu şəhər qubernatoru Mixail Razvojayev bildirib.

"İlkin məlumatlara görə, gəmi əleyhinə" Neptun" raketi artıq sahildən xeyli aralıda akvatoriya üzərində vurulub", o, Telegram kanalında yazıb və hərbçilərin Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf etdiyini açıqlayıb.

O, həmçinin əlavə edib ki, PUA-lardan istifadə təhlükəsi hələ də qalmaqdadır.

Cavid