Bir gecədə Ukraynanln 75 PUA-sı məhv edilib Dünya

Bir gecədə Ukraynanln 75 PUA-sı məhv edilib

Gecədə hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində, o cümlədən 19-u Lipetsk vilayəti üzərində 75 təyyarə tipli pilotsuz uçan aparatı ələ keçirib və məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətməyə cəhd edərkən növbətçi hava hücumundan müdafiə sistemləri 75 təyyarə tipli PUA-nın qarşısını alıb və məhv edib: Belqorod üzərində 26, Lipetsk 19, Kursk 7, Bryansk 5, Voronej 4, Oryol vilayətində 1, Krım 5, Qara dəniz üzərində 8.

Cavid