ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Türkiyənin kibercinayətkarlıqla mübarizəsi səngimir. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu istiqamətdə 23 vilayətdə əməliyyat keçirilib. Jandarma Baş Komandanlığının Kiber Cinayətlərlə Mübarizə İdarəsi Aydın, Adana, Aksaray, Amasya, Ankara, Antalya, Balıkəsir, İstanbul, Konya, Niğde, Sakarya, Yalova, Zonguldak, Çanaqqala, Mersin, Kahramanmaraş, Tekirdağ, İzmir, Kocaeli, Ağrı, Düzce, Afyonkarahisar və Şırnakda “Siberağ-5” adlı əməliyyat keçirib.
Jandarma tərəfindən qanunsuz mərc oyunları, ağır fırıldaqçılıq, IT sisteminə müdaxilə və onlayn uşaq əxlaqsızlığına qarşı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 54 şübhəli tutulub. Şübhəlilərdən 20-si həbs edilərkən, 24-ü barəsində məhkəmə nəzarəti və xaricə çıxış qadağası tətbiq edilib. Əməliyyatlar nəticəsində çoxlu sayda kompüter, mobil telefon, sim kart, xarici valyuta və türk lirəsi ələ keçirilib.
Əməliyyatlar davam etdirilir.