"İsrail Fələstin xalqına qarşı soyqırım siyasəti həyata keçirir" Dünya

"İsrail Fələstin xalqına qarşı soyqırım siyasəti həyata keçirir"

Biz hər tərəfdən dinc əhalinin öldürülməsini pisləmişik və pisləyirik, lakin İsrailin indi törətdiyi hadisələr özünümüdafiə deyil, Fələstin xalqına qarşı soyqırım müharibəsidir.

Bunu TASS-a müsahibəsində Fələstin prezidenti Mahmud Abbas deyib.

O, qeyd edib ki, xüsusilə əksəriyyəti qadın və uşaqlar olan 150 mindən çox fələstinlinin öldürülüb, yaralanmasından sonra Qəzza zolağında binaların və infrastrukturun üçdə ikisi dağıdılıb.

M.Abbas onu da deyib ki, hərtərəfli siyasi həllin bir hissəsi olaraq, Qəzza zolağında məsuliyyəti öz üzərinə götürmək fürsətini gözləyən Fələstin hökuməti qaçqınların geri qaytarılması planını, həmçinin xəstəxanaların bərpası da daxil olmaqla, anklavın yenidən qurulması proqramını təqdim edib. Fələstin İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını və qlobal sülh və təhlükəsizliyə nail olmaq üçün beynəlxalq hüquqa əsaslanan siyasi həll yolunun həyata keçirilməsini tələb edir.

Cavid