Argentinanın keçmiş prezidenti məişət zorakılığında ittiham olunur Dünya

Argentinanın keçmiş prezidenti məişət zorakılığında ittiham olunur

Ailədaxili zorakılıqda şübhəli bilinən Argentinanın keçmiş lideri Alberto Fernandesə qarşı cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə “La Nacion” məlumat yayıb.

Eks-prezidentə qarşı onun vətəndaş nikahında olduğu Fabiola Yanezin səhhətinə ağır zərər vurmaq ittihamı irəli sürülüb.

Hazırda hüquq-mühafizə orqanları rəsmilərdən və Fernandezin keçmiş müalicə həkimindən məlumat toplayır.