Ermənistan məktəblərində "Rus dili" əsas fənlər siyahısından çıxarılıb Dünya

Ermənistan məktəblərində "Rus dili" əsas fənlər siyahısından çıxarılıb

Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək.

APA-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu dəyişiklik tətbiq olunan yeni təhsil standartlarına uyğun olaraq aparılacaq.

Artıq orta ümumtəhsil müəssisələrində rus dilinin tədris saatları azaldılıb. Belə ki, 4-9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq.