Zelenski: Putin Sumı vilayətinə Kursk ərazisindən hücum etməyi planlaşdırırdı Dünya

Zelenski: Putin Sumı vilayətinə Kursk ərazisindən hücum etməyi planlaşdırırdı

Putin Sumı vilayətinə Kursk ərazisindən hücum etməyi planlaşdırırdı.

APA-nın “insider.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna lideri Vladimir Zelenski təmas qrupunun “Ramşteyn” aviabazasındakı iclasında deyib.

O bildirib ki, Rusiyanın bu ilin payızınadək dayandırılması üçün təcili tədbirlər görülməlidir.

Zelenskinin iddiasına görə, Ukrayna ordusunun Kurskdakı hərbi əməliyyatı zamanı Rusiyanın ölən və ya yaralanan hərbçilərinin sayı 6 min nəfərə çatıb.

Ukraynanın dövlət başçısı əlavə edib ki, bu müddətdə Rusiyanın 1300 kv.km. ərazisi Ukrayna ordusunun nəzarətinə keçib. Onların arasında 100-dən çox yaşayış məntəqəsi var.