İlon Mask Trampın təklifini qəbul edib Dünya

İlon Mask Trampın təklifini qəbul edib

Noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilər öncəsi seçki kampaniyalarını davam etdirən Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ABŞ-ın iqtisadi “intibah” yaşayacağına söz verib. Xarici mətbuata istinadən xəbər verir ki, Tramp İlon Maskı bu məqsədlə yaradılacaq komissiyaya sədr təyin edəcəyini açıqlayıb. Məqsəd hökumətin səmərəliliyini artırmaqdır. Tesla və SpaceX-in baş direktoru İlon Mask Trampın təklifini qəbul edib.